Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:47

Obama BP-ni “gülünc söz-söhbətlərlə” məsuliyyətdən yaxa çəkməkdə ittiham etdi


Mayın 14-də ABŞ prezidenti Barak Obama BP və başqa neft şirktələrinin rəhbərlərini tənqid edib. Prezident bildirib ki, onlar “gülünc söz-söhbətlərlə” Meksika Körfəzində suya axmaqda davam edən iri miqyasda neftə görə məsuliyyətdən yaxalarını kənara çəkməyə çalışırlar.

BP, Halliburton və Transocean şirkətlərinin rəhbərləri mayın 13-də Senatda olublar. Obama bildirib ki, indi ən vacib məsələ aprelin 12-də baş verən qəzadan bəri suya axmaqda olan nefti dayandırmaqdır. Prezident ABŞ sahillərində ətraf mühitə vurulmuş zərərə görə BP-nin qanuni məsuliyyət daşıdığını bildirir.
XS
SM
MD
LG