Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:00

Rusiyada ənənvi rüşvət sahələrinə yeniləri də əlavə edilir


Rusiyada rəssam Mixail Zlatkovskinin karikaturası

Rusiyada rəssam Mixail Zlatkovskinin karikaturası

Rusiyada əhalinin yarıdan çoxu hesab edir ki, rüşvət ən yaxşı problem həll edən vasitədir. Bu qənaətə "Levada" Mərkəzi yeni keçirdiyi sorğudan gəlib.

Mərkəz 1600 rusiyalı arasında sorğu keçirib. Onların 55 faizi bildirib ki, Rusiyada hakimiyyətə gələn hər kəs rüşvət alır.

İndi dörd illik birinci prezidentlik müddətinin ikinci ilində olan prezident Dmitri Medvedev rüşvətin bütün növlərinə qarşı mübarizə və qanunun aliliyinin təmin edildiyi dövlət qurmaq vəd etmişdi. Amma "Levada" Mərkəzinin araşdırmasından əldə edilən nəticələrə görə hələ də ruslar yaxşı səhiyyə xidmətlərini, sürücülük vəsiqəsini rüşvətlə alırlar. Yol hərəkəti qaydalarının pozulması zamanı rüşvət verilməsi çox geniş yayılıb.

Rüsların ən çox rüşvət verdikləri sahələr sırasında uşaqlarının əsgərlikdən yayındırılması, yaxud onların ali məktəblərə qəbul etdirilməsi də var.

Son vaxtlar yaxınlarının dəfn edilməsi üçün qəbir yerlərinin rüşvətlə alınması da ruslar arasında geniş yayılır.

Rəyi soruşulanlardan yalnız 10 faizi deyib ki, məmurlara rüşvət verənlər hiyləgərlər və cinayətkarlardır. Amma sorğuda iştirak edənlərin 30 faizi bildirib ki, adi adamların öz problemlərini həll etmək üçün məmura zərfdə pul verməkdən başqa çarəsi yoxdur.

Transparency İnternational təşkilatı da korrupsiyanın vəziyyətinə görə Rusiyanın 180 ölkə arasında 146-cı olduğunu bildirib.

Şərhləri göstər

XS
SM
MD
LG