Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:28

Təbrizdə azərbaycanlı fəaldan xəbər yoxdur


Mayın 11-i səhər saatlarında İranın xüsusi xidmət orqanlarının əməkdaşları təbrizli fəal Əlirza Hüseynzadəni öz dükanında həbs ediblər.

Onun mağazasında aparılan axtarışlar evində də davam etdirilib.

Fəalın yaxınlarının AzadlıqRadiosuna verdikləri məlumata görə, axtarış aparanlar onun kompyuter və CD-lərini, «Traxtor» futbol klubunu dəstəkləyən plakatları, kitab və bir sıra şəxsi əşyalarını özləriylə aparıblar.

Ailə üzvləri ölkənin hüquq-mühafizə orqanlarına müraciət etsələr də, həmin qurumlar Əlirza Hüseynzadənin həbsini təsdiqləməyiblər. Bu səbəbdən yaxınları azərbaycanlı fəalın harada saxlanmasından xəbərsizdilər.

Əlirza Hüseynzadə bundan əvvəl də bu ilin yanvarında «Traxtor» futbol klubunun afişalarını satdığına görə tutulub və bir gün sonra girov müqabilində sərbəst buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG