Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:31

Merin müavininə rüşvət almaq ittihamı ilə cinayət işi qaldırılıb


Alexander Ryabinin
Alexander Ryabinin
Rusiyanın Baş Prokurorluğu Moskva şəhər merinin müavini Aleksandr Ryabininə qarşı rüşvət almaq ittihamı ilə cinayət işi başlayıb.

Prokurorlar merin müavinini keçən ilin dekabr ayında bir şirkətdən rüşvət kimi kommersiya əmlakı almaqda ittiham edirlər. İddiaya görə merin müavini bunun da əvəzində Moskva rayonlarından birinin abadlıq işlərinin həmin şirkətə verilməsinə razılaşıb.

Rüşvət kimi alınmış kommersiya əmlakı isə Aleksandr Ryabinin qızının adına sənədləşdirilib.

51 yaşlı Ryabin Moskva meriyasında investisiya və biznes müqavilələri idarəsinə rəhbərlik edir. Mart ayında onun vəzifəsindən sui-istifadə etməsi barədə cinayət işi də açılmışdı. Amma sonrada yetərli fakt olmadığı əsas gətirilərək bu cinayət işi bağlanmışdı.

Hələlik merin müavinin son ittihamlara reaksiyası məlum deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG