Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:08

«Azadlıq» blokuna xəbərdarlıq olundu


Bakı şəhər polisi mayın 15-də «Nərimanov» kinoteatrı qarşısında icazəsiz aksiya keçirmək istəyən «Azadlıq» blokuna daxil olan partiyalara xəbərdarlıq edib.

Bakı Şəhər Baş Polis İdarəsinə çağırılan AXCP funksioneri Həsən Kərimovun AzadlıqRadiosuna verdiyi məlumata görə, üç partiya nümayəndəsilə Bakı Şəhər Baş Polis İdarəsində müxalifətin mitinqilə bağlı qərarı müzakirə olunub.

İdarənin rəis müavini Yaşar Əliyev onlara aksiyanı şəhər icra hakimiyyətinin təyin elədiyi üç ünvandan birində keçirməyi məsləhət görüb.

Həsən Kərimov deyir ui, onlar bununla razılaşmayıblar və sərbəst toplaşma azadlığının təmin edilməsi, Seçki Məcəlləsinə dəyişiklik və Dağlıq Qarabağla bağlı aparılan danışıqlara aydınlıq gətirilməsi tələbilə aksiyanı «Nərimanov» kinoteatrı qarşısında keçirəcəklər:

«Yaşar Əliyev bildirdi ki, aksiya icazəsiz olduğu üçün onun qarşısı alınacaq, biz də dedik ki, bu məsələdə israrlıyıq».

Bir müddət əvvəl «Azadlıq» blokunun mitinq keçirmək müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti şəhərin mərkəzindən kənarda üç meydan təklif edib.

Müxalifət partiyaları isə həmin meydanlarda mitinq keçirməkdən imtina ediblər.
XS
SM
MD
LG