Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:56

Xarici İşlər Nazirliyi Qarabağdakı seçkiləri qanunsuz elan edir


“Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” Ermənistanın anneksiya siyasətini ört-basdır etmək məqsədilə keçirilir və Azərbaycanın ərazilərinin davam etməkdə olan işğalının nəticələrinin möhkəmləndirilməsinə yönəlib.” Bu fikirləri Azərbaycanın Xarici İşlər Nazirliyi mayın 14-də yaydığı bəyanatında qeyd edir.

Erməni mənbələrinin məlumatına görə Qarabağdakı ermənilər mayın 23-də tanınmamış qurumun parlamentinə seçki keçirməyi planlaşdırılar.

Xarici İşlər Nazirliyi bununla bağlı qeyd edir ki, edir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış separatçı rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistanın təşkil etdiyi bir qanunsuz qurumdur. Bu seçki də Ermənitanın başqa dövlətin ərazisini özünə birləşdirmək cəhdlərini ört-basdır etmək cəhdidir.

Xarici İşlər Naziriliyi hesab edir ki, bu cür seçkilər beynəlxalq hüququn prinsiplərini pozur, çünki, bu tədbir Qarabağın azərbaycanlı əhalisi olmadan aparılır və beləliklə, heç bir hüquqi qüvvəyə malik deyil: “Bu cür seçkilərin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, bölgədə həyatın normallaşdırılması, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpası üçün zəruri şəraitin yaradılmasından sonra mümkün olacaq” – deyə bəyanatda qeyd edilir.

Qarabağdakı ermənilər artıq bu tanınmamış qurumda bir neçə dəfə parlament və prezident seçkiləri keçiriblər. Avropa Şurası və bir neçə başqa beynəlxalq təşkilat da bu seçkiləri qeyri-qanuni adlandırıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG