Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:12

Əfqanıstanda mülki sakinlər arasında itkilərə görə etiraz aksiyası keçirilir


Əfqanıstanın yüzlərlə sakini mayın 14-də ölkənin şərqində kəndlərdə avtomobil şinləri yandıraraq yolları bağlayıblar. Bəziləri yerlə hökumət binalarını daşa basıblar. Onlar bildiriblər ki, NATO qüvvələrinin kəndlərə reydləri zamanı 11 dinc sakin qətlə yetirilib.

NATO da həmin ərazidə yerli əfqan qüvvələri ilə birlikdə gecə reydlər keçirdiyini, səkkiz yaraqlı öldürüldüyünü bildirib.

Reuters agentliyi bildirir ki, etiraz aksiyası keçirilən Nangarhar əyalətində aksiya iştirakçılarını dağıtmaq üçün əfqan polisi atəş açıb.

Yerli hakimiyyət nümayəndələri aksiya zamanı sakinlərdən birinin öldürüldüyünü bildirib.
XS
SM
MD
LG