Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:39

Çadırlarda yerləşdirlən sakinlər evlərinə dönməkdədirlər


Daşqına görə çadırlarda yerləşdirlən sakinlər evlərinə dönməkdədirlər

Belə bir qərarı hökumət nümayəndələri mayın 14-də daşqınların nəticəsinin aradan qaldırılmasıyla bağlı gərargahda keçirilən müşavirədə qəbul ediblər.

Müşavirədə qərara alınıb ki, daşqınlara görə evlərini tərk edən Sabirabad rayonunun Polad Toğayı, Azadakənd, Hacıbəbir, Beşdəli, Bala Həşimxanlı, Yaxa Dəllək və Sarxanbəyli kəndlərinin sakinləri evlərinə köçürülsün. Bununla bağlı həmin yaşayış məntəqələrində elektrik enerjisi, su təminatı, infrastrukturun bərpası barədə də müvafiq qurumlara göstərişlər verilib.

Sabirabad rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırov artıq sakinlərin evlərinə köçürülməsinə başlandlığını deyib.

Mayın 7-də Şirvan şəhərinin Bayramlı qəsəbəsi istiqamətindən bənd dağıldığından sonra həmin kəndlərin sakinləri Şirvan şəhərindəki çadır düşərgəsinə köçürülmüşdü.
XS
SM
MD
LG