Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:51
...Günorta namazına az qalmış dindarlar yavaş-yavaş «Hacı Sultanəli» məscidinə yığışır. Aralarında Azərbaycanda möminləri müqavimətə çağıracağına söz verən İrandakı dini liderlərdən biri Ayətullah Şirazinin fikirləri haqqında danışanlar da var. Şirazi deyib ki, Azərbaycan hökuməti məscidlərin sökülməsinə son qoymasa, müqəddəs müqavimət barədə hökm verəcək. Şirazinin fikrincə, Azərbaycanda fətvalar əsasında bu hərəkətə cavab verə biləcək ləyaqətli möminlər var. Fikrini öyrəndiyim dindarların buna münasibəti isə belə oldu:

ŞİRAZİNİN FİKRİNƏ ÇOX YAXŞI BAXIRAM

- Bu, onun fikridir. Hərənin öz fikri var. Bizim də öz fikrimiz var. Onlar başqa, biz başqa.

– O, düz deyir. Allahın evini sökmək olmaz. Bu, Quranda da var.

- Məscidi sökmək günahdır. Mən İrandan olan məktub haqqında eşitmişəm.

- Mən bir şey bilirəm ki, Allahın evini sökmək olmaz. Bu insan mədəniyyətidir.

- Məscidin sökülməsi pis şeydir. Onun müraciətinə fikrim yaxşıdır. Hədə-qorxu gəlir ki, bəlkə çəkinələr. O alimdir, öz fikrini bildirib.

- Şirazinin fikrinə çox yaxşı baxıram.

- O, bizim dövlətə ultimatum verib. Onu yaxşı qarşılamırıq. Azərbaycan müstəqil bir dövlətdir.

«Məşədi Dadaş» məscidində isə dindarlar məscidin həyəti dolduğundan həyətdən kənardakı yolda cümə namazına yığışmışdılar.

AZƏRBAYCANDA HEÇ KİM BUNU ELƏMİRDİ

Bu məscidə gələnlərdən biri Kamal Əliyev deyir ki, Ayətullah Şirazinin fikirlərini bəyənir:

- Məscidin sökülməsinin qarşısını alan bir insan kimi onun azad fikrini söyləməsi düzgündür. Azərbaycanda heç kim bunu eləmirdi. O dedi və məscidin
«Məşədi Dadaş» məscidində Cümə namazı
sökülməsinin qarşısı alındı.

O ki qaldı mərceyi-təqlid, yəni dindarların özlərinə seçdikləri ustad, dini lider anlayışına, söhbətləşdiyim dindarlar arasında bu barədə bilənlər də vardı, bilməyənlər də:

ONLAR BİZDƏN DAHA SAVADLIDIR

- Mərceyi-təqlid haqqında anlayışım yoxdur. Mən dinə təzə başlamışam.

- Heç bir məlumatım yoxdur.

- Eşitmişəm, ancaq dəqiq nədir, bilmirəm.

- O qədər savadım yoxdur k, bunu biləm.

- Mərceyi-təqlid Xomeneyi ağadır, Sistani ağadır. Onlar bizdən daha savadlıdır, biz onlara müraciət edirik.

- Yox, bilmirəm.

- Mərceyi-təqlid odur ki, kimdənsə məsləhət istəyirsən. Necə ki, akademik, professordan nəsə öyrənirsən, bu da elə bir şeydir. Şəriət məsələlərinə qanunverici orqandır.

- Mərceyi- təqlid odur ki, təqlid bağlayasan, o da şəriət məsələlərində probleminə kömək edir...

Şərhləri göstər

XS
SM
MD
LG