Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:34

Qırğızıstanda müvəqqəti hökuməti tərəfdarları ilə Bakiyev tərəfdarları arasında toqquşma olub


Qırğızıstanın müvəqqəti hökumətinin tərəfdarları ilə devrilmiş prezident Kurmanbek Bakiyev tərəfdarları arasında toqquşma olub.

20-dən çox adamın xəsarət aldığı bildirilir. Hadisə ölkənin cənubunda baş verib. Bakiyev tərəfdarları Calalabad şəhərindəki hökumət binasını yenidən ələ keçirməyə cəh edib, ancaq bunun qarşısı alınıb.

Atəşi kimin açdığı hələlik məlum deyil.

Məlumata görə hər iki tərəfdə silah olub.

Hökumət tərəfdarları bu gün Oş şəhərində hökumət binasına nəzarəti yenidən bərpa edib. Dünən Bakiyev tərəfdarları Oş şəhərindən başqa, cənubun Calalabad və Batken şəhərlərində də hökumət binalarını ələ keçirmişdilər.
XS
SM
MD
LG