Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:39

Sahibkarlar aclıq aksiyasını dayandırıblar


Bunu mayın 11-dən ZQAN Holdinq şirkətinin qarşısında aclıq aksiyası keçirən sahibkarlar deyib. Sahibkarlar AzadlıqRadiosuna bildiriblər ki, aksiya keçirən zaman ZQAN Holdinq şirkətinin əməkdaşı aksiya iştirakçılarından birini qəbul edib və problemlərinin bir həftə müddətində həll olunacağına söz verib. Bundan sonra aclıq aksiyasını dayandırıblar.

Metronun «28 May» stansiyası qarşısındakı yeraltı ticarət mərkəzində köşkləri əllərindən alınan sahibkarlar pozulmuş hüquqları bərpa olunana qədər mübarizə aparacaqlarını bildiriblər.

Sahibkarlar deyirlər ki, Nəqliyyat Nazirliyinin balansında olan yeraltı ticarət mərkəzindəki mağazaları təmirdən sonra əllərindən alınıb.

Sahibkarların iddiasına görə, indi ZQAN holdinqin icarəsində olan mağazaları bazar qiymətlərinə başqa adamlara satmaq istəyirlər.

ZQAN Holdinqə Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG