Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:32

Elmar Məmmədyarov həmsədrlərlə iyunun 5-də görüşəcək


Azərbaycanın XİN Elmar Məmmədyarov iyunun 5-də Venesiyada ATƏT-uin Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, həmin gün Venesiya Komissiyasının 60 illik yubileyi keçiriləcək. Həmsədrlərlə razılıq əldə edilib ki, həmin tədbir çərçivəsində görüş keçirilsin.

Görüşdə həmsədrlər Ermənistanın yenilənmiş Madrid prinsipləri ilə bağlı mövqeyini çatdıracaq.

Elmar Məmmədyarov deyir ki, Azərbaycan yenilənmiş prinsipləri qəbul etdiyini bildirməsinə baxmayaraq, Ermənistan hələ də öz fikrini ortaya qoymayıb.

Həmsədrlər mayın 12-də Brüsseldə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla danışıqlar aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG