Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:36
ABŞ Əfqanıstana göndərmək üçün Azərbaycandan tikinti materialları, ərzaq və avadanlıq alacaq. «APA»nın məlumatına görə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu belə deyib.

Mayın 14-də Bakıda Kontraktor və Təchizatçılara dair Azərbaycan-ABŞ arasında təchizat seminarı zamanı danışan diplomat bildirib ki, Azərbaycan hökuməti Azərbaycandan daha çox mal alması xahişi ilə ABŞ-a müraciət edib və bu seminar həmin xahişə cavabdır.

Əfqanıstanda müştərək səylərə dəstək vermək baxımından Azərbaycan firmalarının ABŞ hökumətinə mal satmaq qaydaları barədə məlumat verən diplomat qeyd edib ki, təmsil etdiyi hökumət regiondan tikinti materialları, ərzaq və avadanlıq almaq niyyətindədir.

Donald Lu bu biznesin həm Azərbaycan, həm də ABŞ üçün səmərəli olacağını əlavə edib

Tədbir Amerika Ticarət Palatasının əməkdaşlığı, Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi və ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG