Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:04
13 may - Rusiya İnternet istifadəçiləri üçün mühüm gündür.

İnternetdə ünvanları yaradan və istifadçilərə verən təşkilat – Adlar və Nömrələr üzrə İnternet Korporasiyası kiril əlifbasındakı hərflərdən də istifadəyə başlayıb.

İndi hansısa saytın adı rusca da ola bilər və .рф sonluğu ilə bitə bilər.

Bir qədər əvvəl isə ərəb dilinin hərflərindən istifadəyə icazə vermişdi.

Bu o deməkdir ki, daha ingilis dili

İNTERNETDƏ İNHİSARÇI DİL OLMAYACAQ

Amma İnternetdə latın əlifbasının monopoliyasına son qoyulsa da, hələ də ruslar üçün bəzi çətinliklər qalır.

E-mail adreslərində istifadə edilən @ işarəsi rus əlifbalı klaviaturada yoxdur. Bu işarəni yığmaq üçün gərək bir neçə saniyəlik də olsa latın əlifbasına keçəsən. Bu, balaca bir detaldır, amma onu göstərir ki, ruslar hələ də latın əlifbasından asılıdır.

Amerikada yerləşən Adlar və Nömrələr üzrə İnternet Korporasiyası qeyri-latın domeynlərin də istifadəsinə başlanması haqda qərarı keçən ilin payızında verib.

Dünyada İnternet istifadəçilərinin 1,6 milyard nəfəri – onlarla millət latın əlifbasından istifadə etmir.

İlk olaraq keçən həftə Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində ərəb əlifbası ilə domeynlərə keçilib.

Rusiyada isə ilk olaraq mayın 13-də iki kiril əlifbalı domeyn fəaliyyətə başlayıb -

президент.рф və правительство.рф

bunlar Rusiya prezidenti və hökumətinin saytlarıdır.

Tədricən daha çox təşkilat və şirkətlər Rusiyada bu imkandan istifadə edəcək.

Prezident Medvedev və baş nazir Putin özləri etiraf etdiklərinə görə İnternet həvəskarlarıdır və domeynlərin kiril əıifbasına keçirilməsinin tərəfdarı idilər.

Bir sıra mütəxəssislər deyir ki, bu, rusların işini xeyli asanlaşdıracaq. Çünki indiyəcən İnternetin latın qrafikasına əsaslanmaqla fəaliyyəti onların beynəlxalq şəbəkəyə meyli qarşısında bir baryer idi.

Belə milliləşmənin əleyhinə çıxanlar isə deyirlər ki, bu, beynəlxalq şəbəkənin ümumi ruhuna ziddir. Buna İnternet separatizmi də deyirlər və hətta ehtimal edirlər ki, Rusya hökuməti bundan həvəsə düşüb Çin kimi İnternetdə senzura tətbiq edə bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG