Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:07

Rusiyada kitabları ən çox satılan yazarın adı açıqlandı


Azerbaijan -- Screen shot from official site of Russian author Darja Doncova, undated

Azerbaijan -- Screen shot from official site of Russian author Darja Doncova, undated

Rusiyada əsəri ən çox satılan yazıçı – detektiv yazarı Darya Dontsovadır.

2009-cu ildə Rusiyada populyar olmuş yazarların reytinqini «Rospeçat» açıqlayıb.

Kimsə onu zəhmətkeş yazar, kim isə qrafoman adlandıra bilər. Dontsova dayanmadan yazır - hər gün səhər saat 8-dən günorta 2-cən, daha sonra axşam saat 9-dan 11-cən.

Fərqi yoxdur - istirahət günü olsun, yaxud iş günü – Dontsovanın gündəlik “istehsalı” 15 səhifədir. Beləcə hər ay ortaya bir kitab qoyur.

Reytinqdə Dontsovadan bir qədər geri qalan yazıçılar Yuliya Şilova, Boris Akunin, Tatyana Ustinova və Tatyana Polyakovadır.

Xarici yazarlardan isə keçən il Rusiyada ən çox Amerika yazıçısı Stefani Meyerin əsərləri satılıb, o, vampirlərdən yazır.

2008-ci ildə ən çox Braziliyalı yazar Paolo Koelyonun əsərləri lider idi.
XS
SM
MD
LG