Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

Mingəçevir su anbarında suyun səviyyəsi artmaqdadır


Mingəçevir su anbarında suyun səviyyəsi artmaqda davam edir.

Bu barədə AzadlıqRadiosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Mərkəzinin direktoru Elnar Sultanov məlumat verib. Onun sözlərinə görə, ötən günə nisbətən mayın 13-də anbarda suyun səviyyəsi daha beş santimetr artıb.

Mingəçevir su anbarında suyun maksimal həddə çatmasına yarım metr qaldığını bildirir. Anbarın maksimal səviyyəsi 83 metrdir.

Kür çayında ən çox artım Yevlax ərazisində müşahidə olunur. Burda suyun səviyyəsi 20, Şirvanda 12, Salyanda isə 6 sm qalxıb.

Araz su anbarında suyun səviyyəsi olduğu kimi qalıb.

Şəmkir su anbarında isə suyun səviyyəsi 10 sm aşağı düşüb.

Mərkəz direktoru mayın 16-na kimi havaların qeyri-sabit keçəcəyini bildirir. Onun sözlərinə görə, bu tarixdən sonra Kür çayında suyun səviyyəsinin aşağı düşəcəyi ehtimal olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG