Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:21

«GEN» MMC-nin rəhbəri 12 il müddətinə məhkum edildi


Mayın 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMC tikinti şirkətinin rəhbərinə və işçilərinə hökm oxunub.

Məhkəmənin hökmü ilə şirkətin rəhbəri Elbrus Əliyev 12, digər işçiləri Əliyar Abbasov 10, Həbib Ağayev 10, Nəbi Məmmədov 11, Asif Ələmov 10, Ramin Əliyev 10, Kamran Məmmədov 9, İlkin Səfərov 9, Mehparə Cəfərzadə isə 7 il müddətinə azadlıqdan məhrum olunub.

İndiyə qədər zamində olan Mehparə Cəfərzadə məhkəmə zalında həbs olunub. Məhkəmə məhkum olunanların əmlaklarının müsadirə olunmasına dair qərar da çıxarıb.

Elbrus Əliyev və barələrində hökm çıxarılmış digər şəxslər ev tikmək adı ilə 373 nəfəri aldadaraq külli məbləğdə pullarını mənimsəməkdə təqsirləndirilirdilər.

XS
SM
MD
LG