Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:19

AB Şərq qonşularında qanunlardan razıdır, azadlıqların vəziyyətindən narazı


Stefan Fuele Brüsseldə mətbuat konfransında, 12 may 2010

Stefan Fuele Brüsseldə mətbuat konfransında, 12 may 2010

“Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramına qoşulan ölkələr qanunvericiliyin Avropa normalarına uyğunlaşmasında ciddi uğurlar əldə ediblər. Amma qanunların icrası, xüsusilə fundamental azadlıqlar və insan haqları sahələrində islahatlar kimi həsaas siyasi məsələlər ləng gedir.”

Bu barədə Avropa Birliyinin Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Stefan Fuele mayın 12-də Brüsseldə keçirdiyi mətbuat konfransında deyib. O, bildirib ki, blokla onun Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələr arasında xüsusilə ticarət, səyahət, yardımlaşma sahəsində əməkdaşlıqda çox ciddi irəliləyişlər var. Amma daha sıx inteqrasiya üçün baza rolunu oynayacaq əsas siyasi və iqtisadi islahatlar bir qədər ləng gedir.

Avropa Birliyinin Şərtq Tərəfdaşlığı Proqramına Ukrayna, Belorus, Moldova, Ermənistan, Gürcüstan və Azərbaycan qoşulub. Blok yaxınlardan həmin tərəfdaş ölkələrlə assosiasiya müqaviləsi bağlamağa çalışır. Adətən Fuele assosiasiya müqaviləsini “iqtisadi inteqrasiya və siyasi assosiasiya” ifadələri ilə izah edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG