Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:24

İordaniya kralı bu həftə Azərbaycana gələcək


İordaniya kralı II Abdullah mayın 15-də Azərbaycana səfər edəcək.

Bu barədə «APA»ya Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslının deyib.

Səfir bildirib ki, Kralın səfəri zamanı isə iki sazişin imzalanması nəzərdə tutulub.

Bunlardan biri Azərbaycan və İordaniya hökumətləri arasında beynəlxalq əməkdaşlıq haqqında Anlaşma Memorandumu, digəri isə Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə İordaniya Ali Gənclər Şurası arasında gənclərlə iş sahəsində əməkdaşlıq haqqında Saziş layihəsidir

İordaniya kralı II Abdullah buna qədər iki dəfə Azərbaycanda səfərdə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG