Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:53

Bakıdakı uşaq bağçalarından birində yanğın olub


Bu gün Bakıdakı uşaq bağçalarından birində yanğın olub.

Yanğın Səbail rayonu, Ömər Faiq Nemanzadə küçəsi 17 ünvanında yerləşən 332 saylı uşaq bağçasında baş verib.

700 kvadratmetrlik uşaq bağçasının 30 kvadratmetri tamamilə yanıb.

Hadisə yerinə gəlmiş yanğınsöndürənlər qısa zamanda alovun qarşısı alıblar.

Yanğın vaxtı uşaqlar axşam gəzintisinə çıxarıldığından xəsarət alan olmayıb.

Yanğın gözətçinin otağından başlayıb.

Hadisənin səbəbi araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG