Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:04

Azərbaycanda insan hüquqları və azadlıqları sahəsində böyük tərəqqi olmayıb


Avropa Birliyi Qonşuluq Siyasəti üzrə son 5 illik fəaliyyətini dəyərləndirib və 12 ölkə üzrə hesabat hazırlayıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, 2009-cu ildə dünya maliyyə böhranına baxmayaraq, bu ölkə nisbətən yaxşı nəticələr əldə edib. Lakin Ümumdünya Ticarət Təşkilatına daxil olmaqla bağlı məhdud tərəqqi olub. Çirkli pulların yuyulmasıyla mübarizə sahəsində də tərəqqi əldə olunub.

Hesabatda vurğulanır ki, Azərbaycanda insan hüquqları və azadlıqları sahəsində böyük tərəqqi olmayıb. Hakimiyyət dairələrini tənqid edən jurnalist və şəxslərin hədələnməsi halları qalır. Eləcə də siyasi fəallar əleyhinə suallar doğuran prosedurlar haqqında hələ də məlumat verilmir. Ədliyyə sisteminin müstəqilliyinin artırılmasına ehtiyac var.

XS
SM
MD
LG