Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:57

Sabirabadda vəziyyət gərgin olaraq qalır


Sabirabadda vəziyyət gərgin olaraq qalır. Hazırda su basmış kəndlərdə xilasetmə işləri aparılır.

Bu gün Ulacalı kəndində qalmış 18 sakin xilas edilib.

Ulacalı, Mürsəlli, Dadaşbəyli və Qaragünə kəndlərində evlər demək olar ki görünmür.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında Ulacalı və Mürsəlli kəndlərindən 4 minə yaxın əhalinin köçürüldüyünü bildirib.

O qeyd edib ki, əgər Ulacalı və Mürsəlli kəndlərində bəndləri bərpa etmək mümkün olmasa, Zərdab və Ucar rayonları təhlükəylə üzləşə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG