Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:26

Azərbaycan, Gürcüstan və Rumınya arasında qaz protokolu imzalanıb


Bu gün Tbilisidə Azərbaycandan sıxılmış qazın Gürcüstan və Rumıniya vasitəsiylə Avropaya çıxarılmasıyla bağlı protokol imzalanıb.

Protokolda 1 ay ərzində bu layihəni həyata keçirəcək şirkətin yaradılması nəzərdə tutulur.

Layihənin maliyyələşdirilməsinə gəldikdə isə bu prosesdə ayrı-ayrı şirkətlər, iştirakçı dövlətlər və Avropa Birliyinin qurumları iştirak edə bilərlər.

Xatırladaq ki, aprelin 13-də Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında sıxılmış qazın nəqli sahəsində birgə əməkdaşlıq barədə memorandum imzalanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG