Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:31

Bu gün Ankarada Türkiyə prezidenti Abdulla Güllə Rusiya prezidenti Dimitri Medvedev arasında görüş olub. Hələlik danışıqların detalları barədə məlumat verilmir.Liderlər görüşdən birgə mətbuat konfransı keçiriblər.



Dimitri Medvedev mətbuat konfransında Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ münaqişəsinə toxunub.

O bildirib ki, Rusiyayla Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla , Qafqaz regionunda sabitliyin möhkəmlənməsində maraqlıdılar və biz öz tərəfimizdən mütün mümkün imkanlar və Rusiyanın nüfuzundan istifadə edərək bu prosesi irəli aparacağıq.

Dimitri Medvedev həmçinin Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında tərəflərin bir araya gələcəklərinə ümidlə yanaşdığını qeyd edib.

Medvedev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Rusiya-Türkiyə əməkdaşlıq şürasının ilk iclasını da keçirəcək.

Səfər zamanı neft və qaz sahələri də daxil olmaqla tərəflər arasında 20-dən çox razılşama, o cümlədən Türkiyənin Aralıq dənizi sahillərində 4 nüvə reaktorunun tikintisi ilə bağlı sənəd imzalanacağı gözlənilir.




Şərhləri göstər

XS
SM
MD
LG