Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:44
43 yaşlı Kameronun altı yaşlı böyük oğlu keçən il iflicdən vəfat edib. İş adamı olan xanımı «Sam Cam» ləqəbi ilə jurnalistlərin sevimlisidir. İki uşağı olan ailə bu ilin sentyabrında daha bir körpələrini gözləyirlər.

Britaniya Kraliçası mayın 11-də sonuncu seçkini nisbi qələbə ilə başa vurmuş Mühafizəkarlar Partiyasının lideri Devid Kamerona yeni hökuməti formalaşdırmağı tapşırıb. Seçkidə ikinci olmuş Leyboristlərin lideri Qordon Braun isə istefa verib.

Bununla da, 43 yaşlı Devid Kameron son 200 ildə Britaniyanın ən gənc baş naziri oldu. O, 1997-ci ildə hakimiyyətə gəlmiş Toni Bleyerdən bir neçə ay daha cavan yaşında bu postu tutur.

Kameron Britaniyada ən seçkin özəl məktəbləri – Eton və Oksford Universitetlərində oxuyub. Oksford Universitetində siyasət, fəlsəfə və iqtisadiyyat üzrə birinci dərəcə alıb.

Universitetdən sonra sağ-mərkəzçi Mühafizəkarlar Partiyasında işləməyə başlayıb. 1992-ci ildə o zamankı kansler Norman Lamontun müşaviri vəzifəsində çalışıb. Elə həmin il Valyuta Kurslarının tənzimlənməsi Mexaniki deyilən siyasətə görə, Britaniya valyutası funt sterling kəskin dəyər itirmişdi.

2001-ci ildə Britaniya parlamentinə seçilənə qədər Kameron yeddi il Karlton telekanalında ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri kimi çalışıb. 2005-ci ildə Mühafizəkarlar Partiyasının sədri seçilib. Bundan cəmi bir neçə ay sonra keçirilən seçkidə isə onun partiyası seçkini uduzdu.

Kameron «mülayim konservatizm» ideyası irəli sürür və Milli Səhiyyə Xidmətinin dövlətin himayəsində olmasını istəyir. Onun böyük oğlu İvan iflic və epilepsiyadan keçən ilin fevralında altı yaşında vəfat edib.

Kameron və xanımı Samantanın İvandan başqa daha iki övladları var. Xanım Samanta hamilədir, onlar sentyabr ayına yeni körpə gözləyirlər.

Yeni Baş nazirin xanımı aristokratdır, o, dəri şirkətinin rəhbəridir. Britaniya mətbuatında olduqca məşhur olan olan bu xanımı jurnalistlər «Sam Cam» ləqəbi ilə çağırırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG