Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:08

Nursultan Nazarbayev «xalqın lideri» elan olunub


Qazaxıstan prezidenti Nursultan Nazarbayevə «xalqın lideri» statusu verilib.

Mayın 12-də parlamentin aşağı palatası prezidentə belə bir statusun verilməsi layihəsini qəbul edib. Qanun layihəsi prezidentə mühakimə toxunulmazlığı hüququ da verir.

Nazarbayev 1991-ci ildən Qazaxıstana rəhbərlik edir. Onun səlahiyyətləri 2012-ci ildə başa çatır. Ancaq 2007-ci ildə edilən dəyişikliyə görə Nazarbayev istədiyi qədər prezident seçilə bilər.
Qanun layihəsini Yuxarı palatanın da təsdiqləməsi lazımdır.

Bu arada Astanada «Xalqın lideri»nin büstünün ucaldılması və muzeyinin yaradılması məsələsi də nəzərdən keçirilir.
XS
SM
MD
LG