Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:51
Britaniyada 13 ildən sonra Mühafizəkarlar partiyası müxalifətdən hakimiyyətə yenidən qayıdıb.

43 yaşlı Devid Kameron ölkəsinin son 200 ildə ən cavan baş naziridir.

Dünən Qordon Braun baş nazir postundan istefa verib. Braunun Leyboristlər Partiyası 1997-ci ildən hakimiyyətdə idi.

Devid Kameron baş nazir kimi ilk çıxışında bildirib ki, seçkidə daha çox yer qazanan partiyası Liberal Demokratlarla koalisiya hökuməti qurmaq niyyətindədir. Liberal Demokratlar seçkilərdə Leyboristlərdən daha az yer qazanıb.

ABŞ prezidenti Barak Obama Britaniyanın yeni baş nazirinə zəng edərək onu təyinatı münasibəti ilə təbrik edib. ABŞ-la Britaiya arasında "xüsusi münasibətlərin" olduğunu deyən Obama Kameronu iyulda Amerikaya dəvət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG