Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:36

Devid Kameron Britaniyanın yeni baş naziridir


Devid Kameron Britaniyanın yeni baş naziri təyin olunub.

Britaniyada 13 ildən sonra «Mühafizəkarlar» Partiyası müxalifətdən hakimiyyətə yenidən qayıdıb.

43 yaşlı Devid Kameron ölkəsinin son 200 ildə ən cavan baş naziridir.

Mayın 11-də Qordon Braun baş nazir postundan istefa verib. Braunun «Leyboristlər» Partiyası 1997-ci ildən hakimiyyətdə idi.

Devid Kameron baş nazir kimi ilk çıxışında bildirib ki, seçkidə daha çox yer qazanan partiyası «Liberal Demokratlar»la koalisiya hökuməti qurmaq niyyətindədir. «Liberal Demokrat»lar seçkilərdə Leyboristlərdən daha az yer qazanıb.

ABŞ prezidenti Barak Obama Britaniyanın yeni baş nazirinə zəng edərək onu təyinatı münasibəti ilə təbrik edib. ABŞ-la Britaniya arasında «xüsusi münasibətlərin» olduğunu deyən Obama Kameronu iyul ayında Amerikaya dəvət edib.
XS
SM
MD
LG