Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:42

«Fəlakət zonasında xəstəliklərin yaranma təhlükəsi mövcuddur»


Adil Qeybulla və Azad İsgəndərli
Adil Qeybulla və Azad İsgəndərli
«Mən bu vaxta qədər Kürün belə daşmasını görməmişəm».

Bu sözləri «İşdən sonra»da Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzinin rəhbəri Azad İsgəndərli deyib. Onun sözlərinə görə, fəlakətin qarşısını almaq üçün görülən işlər adekvat deyil.

A.İsgəndərli bildirib ki, fəlakət zonasında ən bərbad vəziyyət Sabirabad rayonundadır.

Verilişin digər qonağı, tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyib ki, fəlakət zonasında xəstəliklərin yaranma təhlükəsi mövcuddur. Belə vəziyyət malyariyanın, bağırsaq çöplərinin, göbələk xəstəliklərinin yaranmasına gətirib çıxara bilər.

A.Qeybulla deyib ki, xəstəliklərin qarşısını almaq üçün su basmış yerlər tamamilə qurudulmalıdır:

«Tibb işçilərinin işi bundan sonra başlanmalıdır».

A.Qeybulla deyib ki, uşaqlara, hamilə qadınlara və xəstəliyi olan insanlara qayğı göstərilməlidir.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə bildirib ki, Kürün deltası 18 ildir lildən təmizlənməyib.

\Hazırladı Kamran Mahmudov/

BURADAN DİNLƏYİN

XS
SM
MD
LG