Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:23

Britaniya partiyaları koalisiya yaratmaq üçün intensiv danışıqlar aparır


Britaniyanın son parlament seçkilərində yetərli səs yığa bilməyən iki böyük siyasi partiyası, Konservatorlar və Leyboristlər kiçik Liberal-Demokrat Partiyası ilə koalisiya qurmaq məqsədiylə danışıqları bu gün də davam etdiriblər.

Müxalifətdəki Konservatorlar partiyası hamıdan çox mandata sahib olsa da, təkbaşna hpkumıəti formalaşdırmağa səsi çatmır.

Liberal Demokrat Partiyasının sədri Nikk Kleqq deyib ki, indi iqtidarda olan, amma son seçkidə ancaq ikinci yeri tutan Leyboristlərin sədri, Baş nazir Qordon Braunun son açıqlamalarından sonra onlarla koalisiya qurmaq imkanları artıb. Qordon Braun bildirmişdi ki, məğlubiyyəıtini etiraf edir və partiya lideri kimi istefa verəcək.

Konservatorlar isə koalisiya qurmaq üçün Liberal-Demokratların istədiyini- seçki məcəlləsini dəyişdirilməsiyl əbağl ıreferendum keçirilməsini təklif ediblər.
XS
SM
MD
LG