Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:15
Artıq 2 ildir ki, Almaniya və Avstriyadan inəklər alınır. Ötən ildən fermerlərə paylanmış 760 baş inəkdən artıq 60-ı ölüb. Mütəxəssislər bu məhsuldar inəklərin tələfatını fermerlərin təcrübəsizliyi ilə izah edir.

İxtisasca aqronom olan fermer Tərbiyyə Məmmədova isə deyir ki, inəklərin ölməsi təkcə onların günahı deyil. Əsas səbəb inəklərin mühitə çox gec uyğunlaşmasıdır:

ALDIĞIM İNƏKLƏR 1 İL UYĞUNLAŞANA QƏDƏR ÇOX ƏZİYYƏT ÇƏKDİK

- İqlim şəraiti tamam başqadır, aldığım inəklər 1 il uyğunlaşana qədər çox əziyyət çəkdik. Heyvan da əziyyət çəkdi, arıqladı. Gəzməlidir 2 saat, bizim meşə zonamız yoxdur axı o gəzə. Bunların qüvvəli yemə böyük tələbatı var. Yerli cins inəklər 4-5 kilo yeyirsə, bunlar 8-10 kilo ilə doymur. Fermada nisbi rütubət az olmalıdır. Həddən artıq təmiz havada olmalıdır. İsti günlərdə günəş şüasının altına çıxarmaq olmaz. Dərisi nazikdir. Tövlə şəraitində baxılmalıdır.

Qərb bölgəsində fermerlərə nəzarət edən Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Ziyad Abbasov deyir ki, nisbətən imkanlı fermerlər bu heyvanları əldə etsələr də, bir çox problemlərlə rastlaşırlar. Qida rasionunu düzgün təşkil edə bilmirlər:

- Eyni zamanda cins mal-qaranın problemləri də var. Yem rasionları bizimki kimi deyil. Burada mikroelementlərlə, vitaminlərlə zəngin yaşıl yem üstünlük təşkil etməlidir. Bəzən mikroelementlərin çatışmazlığından başqa yem verildikdə xəstəliklər əmələ gəlir.

Almaniyada istehsal sahəsində təcrübə keçən Vüsal Mirzəliyev isə deyir ki, həmin ölkədə bu inəklər günə 45-50 litr süd verdiyi halda Azərbaycanda günə heç 30 litr də süd vermir. Bunun da öz səbəbləri var
BU İNƏKLƏR ƏSASƏN SOYUQ REGİONLARA UYĞUNLAŞA BİLMİR


Ziyad Abbasov deyir ki, bu ilin əvvəlindən qərb bölgəsində alınmış inəklərdən biri Daşkəsəndə, biri Göygöldə, digəri isə Goranboyda ölüb. İdarə rəisi bu qənaətdədir ki, bu inəklər əsasən soyuq regionlara uyğunlaşa bilmir.

Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun direktoru Məmməd Balakişiyev isə deyir ki, 760 baş heyvandan 60-nın ölməsi elə də böyük rəqəm deyil. Əsas odur ki, bu inəklərin gəlişi ölkədə bolluq yaradacaq, ət və süd məhsullarının qiyməti aşağı düşəcək:

BƏSLƏNMƏ ŞƏRAİTİNDƏ PROBLEMLƏR YARANIR


- 2009-cu ildə 760 baş, bu il də 300 baş gətirilib. Bu inəklərin gətirilməsi ölkədə bolluğun yaranması, südün, yağın, ətin qiymətinin aşağı düşməsiməqsədi daşıyır. Çox deyil, 60 başa yaxın tələfat var. Fermerlərin baxımsızlığı ucbatından olur, onlar hələ maariflənməyiblər. Bunun üçün də bəslənmə şəraitində problemlər yaranır. Biz özümüz də ezam olunub gedib onları başa salırıq.

İnstitutun direktoru deyir ki, gətirilən heyvanların balalaması ilə bağlı tədbir qabaqcadan görülüb və toxum bankı yaradılıb. Heyvanlar süni mayalanma yolu ilə artırlar. Bu yolya 1 ildə 150-yə yaxın bala əldə olunub:

- Baytarlarla əlaqəli işləyirik. Südün emalı problemləri də var. Bunun üçün artıq Nazirliyə müraciət olunub. Həmçinin heyvanların saxlanılması və uyğunlaşması üçün komplekslər tikilsin.

Almaniyada istehsal sahəsində təcrübə keçən Vüsal Mirzəliyev isə deyir ki, həmin ölkədə bu inəklər günə 45-50 litr süd verdiyi halda Azərbaycanda günə heç 30 litr də süd vermir. Bunun da öz səbəbləri var:

HANSI TƏSƏRRÜFATÇI PUL VERİRSƏ, HEYVAN ONA VERİLİR


- Keçən il gətirilən heyvanların 12 faizi tələf olub, bunun da səbəbləri müxtəlifdir. İlk versiya kimi onların daşınmasını göstərmək olar ki, onlar yük maşınları ilə daşınıb. Hansı təsərrüfatçı pul verirsə, heyvan ona verilir, amma belə olmalı deyil, normal yem bazası olan sahibkarlara satmalıyıq. Bu, həddindən artıq yem tələb edir. Yem bazasını təşkil edə bilmirlər, bunun üçün zootexniklər lazımdır. Mən hazırda Almaniyada istehsalat təcrübəsindəyəm, burada inəklər günə minimum 45 litr süd verir.

Heyvandarlıq İnstitutunun direktoru Məmməd Balakişiyev deyir ki, ölkəyə mühitə daha tez uyğunlaşan şvis, simmental, alaqara cinsləri gətirilir. Artıq bu il üçün ölkəyə 300 yeni cins mal-qara gətirilib və karantin müddətindədirlər. Yaxın günlərdə yeni sahiblərinə paylanacaqlar.

4-10 min manat arası qiyməti olan inəklərin alınmasında məbləğin 50 faizi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ödənilir.

Şərhləri göstər

XS
SM
MD
LG