Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:18

Azərbaycan-Rusiya sərhədləri tam müəyyənləşdirilib


Azərbaycan-Rusiya sərhədlərinin delimitasiyası məsələsi tam şəkildə razılaşdırılıb.
Bu barədə jurnalistlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu yaxınlarda iki ölkənin sərhədində üç mübahisəli ərazi və Samur çayı üzərindən keçən körpüdən istifadə barədə qarşılıqlı razılaşma əldə olunub.

Razılaşmaya əsasən, tərəflər Samur çayının su ehtiyatından yarıbayarı nisbətində istifadə edəcəklər, sərhəd isə körpünün tən ortasından keçəcək.

Q.Məmmədov bildirib ki, sərhədlərin bu cür müəyyənləşməsi ədalətlidir. Artıq tərəflərə sərhədin yeni topoqrafik xəritələrinin hazırlanması tapşırılıb.
Azərbaycan-Rusiya sərhədi 390 kilometr məsafəni əhatə edir. /AzərTac/
XS
SM
MD
LG