Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:13

Gədəbəyə dolu yağdı, təsərrüfat iflic oldu


Gədəbəy rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyasının sədri Qüdrət Paşayevin verdiyi məlumata görə, mayın 9-da günorta saatlarından başlayaraq yağan güclü yağış və dolu nəticəsində yaranmış sel rayonun mərkəzinə və 6 kəndinə ziyan vurub.

Rayonun Dəyirmandağ, Kiçik Qaramurad, Şəkərbəy, Gərgər, Düzyurd və Əmiraslanlı kəndlərində əkin sahələri tamamilə suyun altında qalıb.

Kəndlərdəki avtomobil yolları sel sularının gətirdiyi qum və daşlarla ortülüb, yararsız vəziyyətə düşüb. Gərgər kəndində kənd sakinlərindən birinin üç baş iri mal-qarasını sel suları aparıb. Q. Paşayev onu da bildirdi ki, Kiçik Qaramurad kəndi üzərində tikilən və 10 kəndi birləşdirən körpü yağıntıdan sonra qəzalı vəziyyətə düşüb.

Rayona dəyən maddi ziyan araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG