Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:42

Hacıkənddə 30-a yaxın evi sel basıb


70-ə yaxın xırda, 10-a yaxın iri buynuzlu mal qara torpağın altında qalıb. 3 avtomobil sel sularının gətirdiyi torpaq kütləsinə qarışaraq yoxa çıxıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliynin əməkdaşları çalışır.

Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Turani Əliyevin verdiyi məlumata görə, mayın 10-da gecə saat 23:00 radələrindən başlayaraq bir saata yaxın davam edən leysan nəticəsində rayonun Hacıkənd qəsəbəsində dağdan torpaq kütləsi axaraq Kəlbəcərdən olan məcburi köçkünlərin evlərini basıb.

Kəlbəcər rayon İcra Hakimiyyəti rəsmilərinin verdiyi məlumata görə, məcburi köçkünlərə onların məskunlaşdığı Alüminumçular istirahət düşərgəsinin təhlükəli olması barədə məlumat verilib.

Yağan yağışlar həmçinin Gəncə-Toğana-Kəlbəcər avtomobil yolunu da bağlayıb. Yol boyu olan 2 körpü sel nəticəsində dağılıb. Sel hələ də davam edir.
XS
SM
MD
LG