Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

Son 40 ildə Ali Məhkəmənin hakimlik təcrübəsi olmayan ilk üzvü


Barak Obama və Elena Kaqan
Barak Obama və Elena Kaqan
ABŞ prezidenti Barak Obama Ali Məhkəmənin hakimi vəzifəsinə Elena Kaqanın namizədliyini irəli sürüb. Kaqan Bill Klintonun dövründə prezidentin müşaviri olub. O məşhur Harvard Hüquq Məktəbinin ilk qadın dekanı olub.

Kaqan Ali Məhkəmənin 90 yaşlı hakimi Con Paul Stivensi əvəz edəcək. 35 il Ali Məhkəmənin hakimi işləmiş Con Paul Stivens bu ilin yayında təqaüdə gedəcəyini bildirib.

Obama Kaqanın namizədliyini irəli sürəndə onu Amerikanın ən görkəmli hüquq mütəxəssislərindən biri adlandırıb:

HƏM MÜSTƏQİL, HƏM VİCDANLI, HƏM DƏ HÜQUQA BÖYÜK SEVGİSİ OLAN BİR İNSAN

«Əlbəttə, Con Paul Stivensin bilik və bacarıqlarını əvəz etməyə iddialı deyilik. Bununla belə, mən elə bir şəxsin namizədliyini irəli sürürəm ki, o həm səriştəli, həm müstəqil, həm vicdanlı, həm də hüquqa böyük sevgisi olan bir insandır. O ədliyyə nazirinin müavini, mənim dostum Elena Kaqandır» .

Əgər Kaqanın namizədliyi Senatda təsdiqlənsə, 50 yaşlı Kaqan Ali Məhkəmənin ən gənc hakimi olacaq. Onun təsdiqlənməsi həm də 9 nəfərdən ibarət olan Ali Məhkəmənin üzv qadınlarının sayını ilk dəfə üçə çatdıracaq.

Obama və Kaqan 90-cı illərin əvvəllərində Çikaqo Universitetində hüquqdan dərs deyiblər. Sonradan Kaqan Ağ Evə Klintonun müşaviri vəzifəsinə gedib. Sonra isə nüfuzlu Harvard Universitetinin Hüquq Məktəbində elmi fəaliyyətini davam etdirib. Oranın ilk qadın dekanı olub.

Obama Kaqanın namizədliyini irəli sürərkən siyasi partiya mənsubiyyətindən asılı olmayaraq senatorları onun namizədliyini qısa müddətdə təsdiqləməyə çağırıb. 2009-cu ildə Kaqan ədliyyə nazirinin müavini vəzifəsinə irəli sürüləndə onun namizədliyini bir sıra respublikaçılar da dəstəkləmişdi. Ədliyyə nazirinin müavini vəzifəsi ABŞ hökumətinin və Konqresin maraqlarını Ali Məhkəmədə təmsil edir.

ABŞ Ali Məhkəməsi
ALİ MƏHKƏMƏ AMERİKA XALQI ÜÇÜN BÖYÜK İŞLƏR GÖRƏN VƏ GÖRƏCƏK ÇOX FÖVQƏLADƏ BİR İNSTİTUTDUR


Kaqan özü çıxışında bildirib ki, onun əvvəlki vəzifədə çalışdığı vaxt topladığı təcrübə hakimliyə hazırlanmasında böyük rol oynayıb:

«Ötən il ərzində ədliyyə nazirinin müavini vəzifəsində çalışarkən Ali Məhkəmənin roluna dair baxışlarım daha da dərinləşib və güclənib. Ali Məhkəmə Amerika xalqı üçün böyük işlər görən və görəcək çox fövqəladə bir institutdur».

Kaqanın Ali Məhkəmədə ilk işi iri korporasiyaların və maraq qruplarının öz namizədlərinə pul xərcləmələriylə bağlı hədsiz hüquqlara malik olmasına qarşı bir iş ola bilər. Kaqanın akademik təhsili və böyük təcrübəsinin olmasına baxmayaraq, o təsdiqlənərsə, son 40 il ərzində Ali Məhkəmənin hakimlik təcrübəsi olmayan ilk üzvü olacaq.

1999-cu ildə prezident Klinton da Elena Kaqanı Ali Məhkəmənin hakimi vəzifəsinə irəli sürmüşdü. Lakin respublikaçıların çoxluq təşkil etdiyi Senatda onun namizədliyi keçməmişdi. Obama 2009-cu ilin yanvarında hakimiyyətə gəldiyi vaxtdan prezident kimi artıq ikinci dəfədir ki, Ali Məhkəmə üzvlüyünə namizəd irəli sürür. Bundan əvvəl o Sonya Sotomayanın namizədliyini irəli sürmüşdü. Sonya Sotomaya Ali Məhkəmənin ispan mənşəli ilk hakimi olmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG