Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:20

10-a yaxın sahibkar ZQAN holdinqin qarşısında aclıq aksiyasına başlayıb


Sahibkarların aclıq aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00
Direct-ə keçid

Sahibkarlar "ZQAN-holding"-dən ticarət obyektlərinin geri qaytarılmasını tələb edirlər. Nüşabə Fətullayevanın videoreportajı

Mayın 11-də 10-a yaxın sahibkar ZQAN holdinq şirkətinin qarşısında aclıq aksiyasına başlayıb.

Metronun «28 May» stansiyası qarşısındakı yeraltı ticarət mərkəzində köşkləri əllərindən alınan sahibkarlar pozulmuş hüquqları bərpa olunana qədər aksiyalarını davam etdirəcəklərini bildiriblər.

Aksiya iştirakçıları AzadlıqRadiosuna deyiblər ki, səhərdən ZQAN holdinqin qarşısında olsalar da, şirkətdən onlarla maraqlanan olmayıb.

Bir qrup sahibkar mayın 5-də Nəqliyyat Nazirliyi qarşısında aksiya keçirib. Sahibkarların dediyinə görə, nazirliyin balansında olan yeraltı ticarət mərkəzi təmirdən çıxandan sonra onlar 10-a yaxın mağazanı icarəyə götürərək işlədib. Amma sonradan mağazalar əlindən alınıb.

Sahibkarların iddiasına görə, indi ZQAN holdinqin icarəsində olan mağazaları bazar qiymətlərinə başqa adamlara satmaq istəyirlər.

ZQAN holdinqə Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik edir.

Aclıq aksiyasını işıqlandıran müxbirimiz həmin ərazidə mülki şəxsin jurnaslitə qarşı zorakılığının şahidi oldu. Hadisəni müşahidə edən polis əməkdaşı qarşıdurmaya müdaxilə etməsə də, AzadlıqRadiosunun videokamerasına hücüm etdi. Bu görüntüılrə də aşağıdakı videoda baxmaq olar

Müxbirlərə qarşı zorakılıq
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid


HƏMÇİNİN OXU:

Nazir Ziya Məmmədov, oğlu Anar Məmmədov və ZQAN Holdinq
XS
SM
MD
LG