Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:44

Qordon Braun istefa verəcək


Britaniyanın baş naziri Qordon Braun Leyboristlər Partiyasının rəhbəri vəzifəsindən istefa verəcəyini bəyan edib. O, partiyanın sentyabrda keçiriləcək konfransınadək xələfinin onu əvəz etməsini istədiyini açıqlayıb.

Parlament seçkilərində yerlərin çoxunu müxalifətdə olan Mühafizəkarlar Partiyası qazanıb. Mühafizəkarların koalision hökumət təşkil etmək üçün seçkiləri üçüncü yerdə başa vuran Liberal Demokratlarla danışıqları bir nəticə verməyib.

Növbəti danışıqlar Leyboristlərlə Liberal Demokratlar arasında olacaq. Liberal Demokratların lideri Nik Kleq Qordon Braunun istefasının danışıqların uğur qazanması baxımından “mühüm faktor” adlandırıb.

XS
SM
MD
LG