Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:59

Şəxsiyyət vəsiqəsinə yenilik edildi


Bundan sonra şəxsiyyət vəsiqəsində «etibarlılıq müddəti» yazılacaq.

Mayın 11-də «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» qanuna əlavə və dəyişiklik edilib.

Dəyişikliyə görə, şəxsiyyət vəsiqəsində onun etibarlılıq müddəti göstəriləcək. Əvvəllər şəxsiyyət vəsiqəsi qanunda nəzərdə tutulan yaş dövrlərində dəyişdirilməli idi.

Ancaq Milli Məclisin hüquq siyasəti daimi komitəsinin sədri Əli Hüseynov qanuna dəyişikliyi izah edərkən bildirib ki, vətəndaşlar konkret yaş dövrünə baxmayaraq şəxsiyyət vəsiqələrini vaxtında yeniləmirlər. Yeni dəyişiklik - etibarlılığın göstərilməsi isə şəxsiyyət vəsiqələrini vaxtında dəyişmələrinə səbəb olacaq.
XS
SM
MD
LG