Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:05

Sabirabadın daha 3 kəndi evakuasiya olunub


Sabirabad rayonunun daha 3 kəndi evakuasiya olunub. Bu barədə AzadlıqRadiosuna ötən gecə su basan Mürsəlli kəndinin sakinləri məlumat verib.

Mayın 10-da Sabirabad rayonunun Mürsəlli kəndindən keçən hissəsində Kür çayı üzərindəki bənd dağılıb, Mürsəlli kəndi su altında qalıb.

Mürsəlli kənd sakini Bəhruz Kərimli deyir ki, hazırda vəziyyət mürəkkəbdir:

«Kür bir bəndi aşırdıb, ikinci ehtiyat bənd vardı, orada guya ki, bərkitmə işləri aparılır. Yalandan torpağı töküblər. Su da bənddən 20-30 santimetr aşağıdadır. Bu bənd də böyük ehtimalla axşam aşar. Bundan sonra su artıq Sabirabadın mərkəzinə qədər gedəcək. Camaatın heyvanı, mal-qarası, əmlakı hamısı qalıb su altında. Yüzlərlə heyvan suda qalaraq ölüb. Ancaq su sürətlə ikinci bəndin səviyyəsinə yaxınlaşır. Böyük ehtimalla bu yeri də yıxacaq. Bundan o yana bənd yoxdur. İş görən, rəhbərlik edən, tədbirləri idarə edən bir adam yoxdur. Kənd sakinlərinin böyük əksəriyyəti quraqlıq olan yerlərə, qonşu kəndlərə ya da Bakıya qaçıblar».

Su basmaya görə Şıxlar, Ulazalı kəndlərinin su altında qalması təhlükəsi yaranıb. Həmin kəndlərin sakinləri gecə ilə qonşu kəndlərə və Şirvandakı çadır şəhərciyinə köçürülüb.

Hazırda Daxili İşlər naziri Ramil Usubov və Fövqəladə Hallar nazirinin müavini Eitbar Mirzəyev hadisə yerindədirlər.

XS
SM
MD
LG