Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:15

Ukrayna müxalifəti Moskvayla əməkdaşlığa qarşı vahid blok yaradıb


Ukrayna müxalifət partiyaları mayın 10-da “Ukryna müdafiə Komitəsini” təsis ediblər. Yazıçı Dmitriy Pavlyuçenko Komitənin koordinatoru təyin edilib. Komitənin yaradılmasında məqsəd Ukraynanın bütöpvlüyü və suverenliyinin qorunması, AVropa-Atlantik məkana integrasiya yolunda irəliləməsinə nail olmaq və ölkənin üzərində heç bir kənar dövlətin nəzarətinə imkan verməməkdir.

Komitə mayı n11-də Parlamentin pnündə prezident Viktor Yanukoviçin istefası tələbiylə eksiya keçirəcək. Keçmiş baş nazir Yuliya timoşenko deyib ki, mayın 17-də, Rusiya prezidenti Medvedevin Ukrayana rəsmi səfəri günü başqa bir aksiya keçirib, Baş nazirdən Kiyevlə-Moskva arasında imzalanan sənədlər haqda geniş izahat verməyi tələb edəcəklər.

Ukraynada Rusiyameylli Yanukoviçin prezident seçilməsindən sonra Moskvayla Kiyev arasında bir sıra sənədlər imzalanır və müxalifət bunu ölkə iqtisadiyyatını Rusiyanın nəzarətinə vermək kimi qiymətləndirir.
XS
SM
MD
LG