Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 10:23

«Bu, Gül bayramı olmadı, əsəbləşmək bayramı oldu…»


"Gül Bayramı"-na aparan yol
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00
Direct-ə keçid
- Qıçım quruyub, o deyir o yana get, bu deyir bu yana get, qalmışam ortada.

Fərrux dayı deyir ki, təxminən bir saatdır ki, Heydər Əliyev adına Sarayın arxasından «28 May» metrostansiyasının yaxınlığına gedib çıxa bilmir. Hansı səmtə üz tutursa polislərin yolu bağladığını görür. Soraqlaşsa da ona nə baş verdiyini deyən də yoxdur:

- Bilmirəm axı nədir, bədbəxtlikdir, xoşbəxtlikdir, bilmirəm. Elə onu görürəm ki, məni piyada o yana qovurlar, bu yana qovurlar. Biləm ki, bu gün mənə 5 manat verirlər, sevincimdən göyə qalxıb yerə enərəm.

Mayın 10-da səhər Gül bayramının keçirildiyi Heydər Əliyev adına parkın ətrafında yolunu çaş-baş salan təkcə Fərrux dayı deyildi. Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş prezident Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə təşkil etdiyi tədbirin rəsmi açılışı saat 11-ə planlaşdırılmışdı. Ancaq artıq səhər saat 9-dan başlayaraq ətraf yollar bağlanmışdı. Gül bayramına tamaşaya gələnləri də hətta parkın yaxınlığına buraxmırdılar:

BU NECƏ BAYRAMDIR Kİ, HƏR YERİ BAĞLAYIBLAR?

Bu bayrama nə qədər vəsait xərclənib?
- Yolları bağlayıblar, deyirlər ki, olmaz. Bu necə bayramdır ki, hər yeri bağlayıblar? Gül bayramı axı uşaqlara da maraqlıdır.

- Səhər tezdən əsəblə işə gedirəm, bütün millətə deyirlər ki, ordan keç, burdan keç. Başa düşə bilmirəm, bu bayramı eləyiriksə, camaata görə eləyirik də. Yoxsa hər şey ona görədir ki, hansısa nazir gəlib bir dəqiqə ordan həzz alacaq. Hansı dövlətdə belə bir şey var?

- Biz səhər saat 9-dan gözləyirik. Əgər bunu camaat üçün təşkil ediblərsə, hər birimizi səhərdən 10 dəqiqəlik buraxsaydılar, camaat çoxdan baxıb çıxardı. Bu Gül bayramı olmadı, əsəbləşmək bayramı oldu.

Heydər Əliyev parkı bura toplaşan yüzlərlə insanın üzünə saat 1-in yarısı açıldı. Giriş yalnız bir yerdən olduğundan içəri girmək də bir fərasət tələb edirdi.

GÜLLƏRİN ƏKSƏRİYYƏTİ HOLLANDİYADAN GƏTİRİLİB

Hər il olduğu kimi, bu dəfə də park büsbütün güllərlə bəzədilib. Rəsmi məlumatda 10 milyona yaxın gülün sərgiləndiyi deyilir. Çobanyastığı, qızılgül və zanbaq güllərindən əsasən Heydər Əliyevin əksi, Azərbaycanın milli musiqi alətləri və digər eksponatlar düzəldilib. Sərgidəki güllərin əksəriyyəti Hollandiyadan gətirilib. Ümumilikdə isə Bolqarıstan, İsveçrə, Rusiya da daxil olmaqla 12 ölkədən gül alınıb. Bu il parkı həm də Heydər Əliyev zanbaqları bəzəyir.

Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, zanbaqlar arasında digər zanbaqlardan seçilən qızılı-bənövşəyi rəngli bir qrup gülü Hollandiya Zanbaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası dünyada ilk dəfə Heydər Əliyevin adına yetişdirib.

AZI 15 MİLYON MANAT

Bəs bu bayrama nə qədər vəsait xərclənib? Bakı Şəhər İcra Hakimiyyəti bu məbləği açıqlamasa da, müstəqil iqtisadçılar güllərin sayına (10 milyon güldən söhbət gedir) əsasən Gül bayramına azı 15 milyon manat xərcləndiyini deyirlər. Ancaq bu rəqəmi rəsmi təsdiqləmək mümkün olmadı. Ötən il parlament iclaslarında Gül bayramına hər il 14-15 milyon manat pul xərclənməsi barədə fikirlər səslənsə də, Bakı Şəhər İcra Hakimiyyəti bunu təkzib etmişdi.

- Ölkəmizin o qədər dərdi-səri var ki…Mən bilirəm ki, ora milyonlar xərclənib, o pullar imkansızlara xərclənsəydi, daha yaxşı olardı.

- Eşitmişik ki, çox vəsait xərclənib, gülləri Hollandiyadan gətiriblər. Xərclənən bu pulların yarısını əhaliyə sərf etsələr daha yaxşı olar.

- Hər bayrama pul xərclənir də. Əsas odur ki, camaat xoşbəxtdir.

- Məncə, 25 milyona qədər vəsait xərclənib, amma İlham Əliyevdən xahiş edirəm ki, heç olmasa təqaüdçülərin də təqaüdünə baxsın.

Böyük məbləğdə vəsait sadəcə olaraq göyə sovrulur
Bunu Gül bayramına gələnlər deyir. İqtisadçı Azər Mehtiyev isə hesab edir ki, hökumət nəinki xərclənən vəsaitin məbləğini, həm də tədbirin ictimai mahiyyəti, ölkənin bu bayramdan əldə etdiyi fayda barədə cəmiyyətə açıqlama verməlidir:

BÖYÜK MƏBLƏĞDƏ VƏSAİT GÖYƏ SOVRULUR

- Bu bayramın mahiyyəti başa düşülən deyil. Bu bayramda ortaya qoyulan məqsəd və bununla nəyə nail olunduğu, hansı ictimai faydalı nəticə əldə etmək istənildiyi qeyri-müəyyən olaraq qalır. Bir şey aydındır ki, ölkə iqtisadiyyatına, əhalinin rifahının yüksəldilməsinə yönəldilməli olan böyük məbləğdə vəsait sadəcə olaraq göyə sovrulur. Bu il ölkədə sel daşqınlarının əhalinin böyük hissəsinə ziyan vurduğu bir dövrdə bu vəsaitin əhəmiyyəti daha aydın gözə çarpır.

Heydər Əliyev adına parka gələnlərin əksəriyyəti isə bu günün mahiyyətini sadəcə güllərə tamaşa etməkdə görürlər:

- Məqsədimiz gülə baxmaqdır, maraqlıdır ki, necə düzəldiblər.

- Ulu öndərin doğum gününü biz həmişə yad edirik, gəlirik, iştirak edirik bu bayramda. Bütün bayramları biz xoşlayırıq.

- Böyüklər anlayır ki, Heydər Əliyevin ad günüdür, bu şəxsiyyətə pərəstişdir. Amma uşaqlar bunu anlamırlar, Gül bayramı kimi bu onlara daha xoşdur.

- Uşaqlarınıza görə gəlmisiz bura?

- Yəqin ki.

- Mən elə fikirləşirəm ki, camaat bura gülə görə gəlir. Sadəcə, gülə baxmaq üçün. Bunu hər bir parkda etsəydilər, pis olmazdı, bu boyda axın da olmazdı.
XS
SM
MD
LG