Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Azərbaycan Kənd Təsərrüfatı naziri Yerevandadır


Azərbaycan Kənd Təsərrüfatı naziri İsmət Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın paytaxtı Yerevandadır.

Bu barədə erməni kütləvi informasiya vasitələri Ermənistan Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıblar.

İsmət Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinə Kənd Təsərrüfatı Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rəşad Məcidov və «Aqrolizinq» Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov daxildir.

Səfərdə məqsəd BMT-nin tədbirində iştirak etməkdir. Bu barədə ANS-ə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev məlumat verib.

«Yerevanda BMT-nin Ərzaq və kənd təssərrüfatı təşkilatı - FAO-nun növbəti iclası keçiriləcək. İclasda 55 ölkə iştirak edəcək. Bu məsələ bizim üçün önəmlidir, bu həm də bu siyasi məsələdir. Son illərdə Türkiyənin təşəbbüsü ilə Ermənistanla Dağlıq Qarabağ məsələsinin yaxşılaşdırılmasına aid olan bir məsələdir. İsmət Abbasov özü Yerevandadır. Oranı yaxşı tanıyır. Bu, məsələyə müsbət təsir edəcək», - deyə Sabir Vəliyev bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG