Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:15

Polis YAP-ın qərargahını nəzarətə götürüb


Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev YAP-ın qərargahı qarşısındakı Sahil bağında
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev YAP-ın qərargahı qarşısındakı Sahil bağında
Polis hakim Yeni Azərbaycan Partiyası (YAP) qərargahının qarşısını nəzarətə götürüb. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev də əraziyə gəlib.

Qərargahın qarşısında polislə yanaşı həmişə etiraz aksiyalarının dağıdılmasında iştirak edən mülki geyimli şəxslər də gözləmə mövqeyində dayanıblar.

Müxtəlif təşkilatları təmsil edən bir qrup gənc mayın 10-da YAP-ın qərargahı qarşısında etiraz aksiyası keçiriləcəyi barədə məlumat yayıb.

Məlumatı yayan gənclərlə əlaqə saxladıqda, onlar bildiriblər ki, aksiya keçirmək fikirləri yoxdur. Sadəcə, polisin sayıqlığını yoxlamaq üçün belə ediblər.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin ad günüdür. Bu gün həmçinin H.Əliyevin anadan olması münasibətilə Azərbaycanda Gül bayramı keçirilir.



XS
SM
MD
LG