Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:48

İran Kür daşqınlarında səbəbkar olmadığını deyir


İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi bir sıra rayonlarında baş vermiş sel və daşqınlardan irəli gələn dağıntı və fəlakətlə bağlı bəyanat yayıb.

Səfirlik bildirib ki, bu kədəri Azərbaycan xalqı və dövləti ilə paylaşır.

Qurum bəyanatında həmçinin «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəsmilərinin KİV-ə açıqlamalarını təkzib edib:

Bəyanatda qeyd edilir ki, «sel və daşqınlar nəticəsində dəymiş ziyanların azaldılması istiqamətində İran İslam Respublikasının göstərdiyi əməkdaşlığa baxmayaraq, bəzi KİV-lərin yaydığı xəbərlərdə «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin rəsmilərinin açıqlamaları yer almışdır ki, burada İran İslam Respublikası tərəfindən «Xudafərin» su bəndinin açılması, sel və daşqınların səbəbi kimi göstərilmişdir. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi belə açıqlamaları məsuliyyətsiz sayaraq, onları təkzib edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG