Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:49

Nyu-Yorkdakı terror cəhdinin arxasında Pakistan talibançıları dayanıb


Nyu-Yorkun Tayms Meydanında terror partlayışı törətmək cəhdinin arxasında Pakistan talibançılarının dayandığını göstərən dəlillər tapılıb. Bu barədə məlumat verən ABŞ-ın baş prokuroru Erik Holder deyib ki, Pakistan hökumətinin bu terror planından qabaqcadan xəbərdar olduğuna dair bir sübut yoxdur.

ABŞ-ın dövlət katibi Hillari Klinton isə bildirib ki, ABŞ-a qarşı hər hansı terror aktının izi Pakistana aparıb çıxarsa, bunun çox ciddi nəticələri olacaq. Klinton Pakistan hakimiyyətini ekstremistlərlə mübarizədə daha fəal olmağa çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG