Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:23

İngiltərə çempionu yarışı cempionsayağı başa vurur


«Primyer Liqa» yarışmasının qızıl medalı uğrunda «Çelsi» ilə «Mançester Yunayted» arasında gedən kəskin rəqabət başa çatdı. Londonun «Çelsi» klubu Mançesterdən olan rəqibini bir xal qabaqlayaraq dünya üzrə ən çox izlənən yarışmanın qalibi oldu.

Sonuncu turdan əvvəl «Mançester Yunayted»in azarkeşlərində azacıq da olsa, ümid var idi ki, onların liderdən bir xal geri qalan sevimli klubu London komandasını qabaqlayacaq. Mayın 9-da «Çelsi» «Viqan» klubunu, «Mançester Yunayted» isə «Stoke» klubunu qəbul edirdilər. «Çelsi» meydançanı qələbəsiz tərk etsə, «MançesterYunayted» isə qələbə qazansaydı çempion ola bilərdi.

Lakin «Çelsi» həmin gün Londonun «Standford Briv» stadionunda əsl qol bayramı təşkil edərək «Mançester» azarkeşlərinin sonuncu ümidini də yox elədi, rəqib qapısından 8 cavabsız top keçirərək «Premier Liqa»nın ən güclü klubu olduğunu sübut etdi.

Oyundan sonra «Çelsi» nin kapitanı Con Terri qələbənin əsas yükünün komandanın məşqçisi Karlo Anselottinin üzərinə düşdüyünü vurğuladı.

Həqiqətən də, italiyalı menecer «Çelsi» də güclü müdafiə xətti və effektiv yarımmüdafiə sistemi yaratmağa nail olub. Komandanın hücum xətti haqqında isə rəqib qapısından keçirilən qolların sayı özü danışır – ötən mövsümdə «Çelsi» 103 top vuraraq tarixi bir nəticə göstərdi.

Təsadüfi deyil ki, «Çelsi» nin oyunçusu Didier Droqba Premier liqanın ən məhsuldar hüçumcusu oldu.

Onun «MançesterYunayted»in gənc hücumçusu Ueyn Runi ilə bombardir rəqabəti də sonuncu turda həll olundu. «Viqan»la oyundan əvvəl həm Droqba, həm də Runinin hesabında 26 qol var idi. Bu rəqabətin təsiri altında hətta maraqlı bir epizod da yaşandı.

Oyunun 30 dəqiqəsində «Çelsi» rəqib qapısına 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazandı. Cərimə zərbəsini Droqba vurmaq istəsə də, komanda risqə getməyərək bu vəzifəni «Çelsi» nin ştatlı 11 metrə ifaçısı Frank Lomparda həvalə etdi, sonuncunun zərbəsi dəqiq olsa da, «Çelsi» hesabda 2-0 irəlı çıxsa da, Droqbanın qətiyyən sevinmədiyi çoxunun diqqətini cəlb etdi.

Həqiqətən də, öz komandasının qolunu qaş-qabaqla qarşılayan futbolçunu nadir hallarda görmək olur. Hətta qol vuran Lampard belə, ona yaxınlaşıb könlünü almağa cəhd də göstərdi.

Amma Droqba bu vəziyyətdən özünəməxsus şəkildə çıxdı. Oyunun 63-cü dəqiqəsində Lampardın ötürməsindən sonra Droqba öz hesabına daha bir qol yazdı, «Çelsi» -Viqan 5-0. 5 dəqiqə sonra isə, «Çelsi» daha bir 11 metrlik cərimə zərbəsi qazananda, artıq hamıya aydın idi ki, bu dəfə zərbəni Droqba vuracaq. O növbəti şansını məharətlə ifa edib «Çelsi» ni hesabda 6-0, özünü isə 28 topla bombardilər yarışında irəli çıxardı.

Oyunun bitməsinə 10 dəqiqə qalanda Droqba daha bir qol vuraraq xet-trik etdi. 7-0.

«Çelsi» çempionatı çempionsayağı başa vuraraq sonuncu dəqiqədə daha bir qol vurdu (Aşli Kol) 8-0.

Mancester Yunayted də Stoka 4-0 hesabı ilə qalib gəlsə də gümüş medalla təsəlli tapmağa məcbur oldu.

Uçüncü yer uğrunda gərgin mübarizədə isə «Arsenal» rəqiblərini üstələyə bildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG