Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:41

Avropa Birliyi fövqəladə kredit fondu yaradır


Avropa Birliyinin maliyyə nazirləri 750 milyard avroluq fövqəladə kredit fondu yaratmaq barədə razılığa gəliblər. Məqsəd Yunanıstanı bürüyən maliyyə böhranının digər avro-zona ölkələrinə yayılmasının qarşısını almaqdır.

Rəsmilərin bildirdiyinə görə, məbləğin 60 milyardını Avropa Komissiyası, 440 milyardını isə avro-zonaya daxil olan 16 ölkə təmin etməyə söz verib. Bundan başqa, Beynəlxalq Valyuta Fondu da əlavə 250 milyard avro ayıra bilər.

Avropa Birliyinin iqtisadi və maliyyə məsələləri üzrə komissarı Oli Rehn deyib ki, bu fövqəladə plan birlik ölkələrinin avronu müdafiə etməkdə qətiyyətli olduğunu göstərir.

XS
SM
MD
LG