Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:28

İlham Əliyev Moskvada bayram paradında iştirak edib


Rusiya prezidenti Dmitri Medvedev Qızıl meydanda

Rusiya prezidenti Dmitri Medvedev Qızıl meydanda

Mayın 9-da Moskvada Sovet ordusunun faşist Almaniyası üzərində qələbəsinin 65 illiyinə həsr olunmuş bayram şənlikləri keçirilib. «Azərtac»ın yaydığı məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev də qələbə bayramında iştirak edib.

Dövlət başçısını Kremlin yanında Rusiya prezidenti Dmitri Medvedev qarşılayıb.

Qızıl meydanda keçirilən paradda Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan, ABŞ, Böyük Britaniya, Fransa, Polşa və digər ölkələrdən 12 minə yaxın hərbi qulluqçu, müharibə veteranları, 160-dan çox hərbi texnika, 120-dən artıq təyyarə və vertolyot iştirak edib.

Qələbə paradını tribunalardan 21 ölkədən gəlmiş dövlət və hökumət başçıları, habelə beynəlxalq təşkilatların rəhbərləri, müharibə veteranları izləyiblər.

Hərbi paraddan sonra dövlət və hökumət başçıları adından Kremlin divarı yanında, Aleksandr bağında naməlum əsgərin məzarı önünə əklil qoyulub.

Şərhləri göstər

XS
SM
MD
LG