Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:36

Pakistan ABŞ-kı terror cəhdiylə bağlı istintaq aparacaq


Pakistanın hakim dairələri bu günlərdə Nyu-Yorkda terror aktı törətməyə cəhd göstərən şəxsin ölkədəki yaraqlılarla əlbir olub-olmamasını araşdıracaq.

Şübhəli qismində saxlanılan Faysal Şahzad istintaq zamanı əl Qaidə və Talibanın fəaliyyət göstərdiyi Pakistanın şimal-qərbində hazırlıq keçdiyini deyib.

Əslən Pakistandan olan Şahzad ABŞ vətəndaşıdır.

Pakistanın daxili işlər naziri Rəhman Malik istintaq aparılmasıyla bağlı Birləşmiş Ştatlardan sorğu aldıqlarını deyir.

Nazir qeyd edib ki, Şahzadın qohumlarını yalnız pakistanlı müstəntiqlər dindirə bilər.

XS
SM
MD
LG