Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:53

Ağcabədi və Zərdabda Kürün səviyyəsi aşağı düşüb


Kürün Şirvan və Sabirabadda bəndləri yarması çayın Ağcabədi və Zərdabdan keçən hissələrində suyun səviyyəsinin qismən enməsinə səbəb olub.

Ağcabədinin “Taxta körpü” adlanan ərazisində çayın səviyyəsi ötən günlərlə müqayisədə təxminən 40 santimetrədək aşağı enib.

“Taxta körpü” qəsəbəsində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərə məxsus taxıl, yonca və otlaq sahələri hələ də su altındadır.

Amma suyun enməsinə baxmayaraq, ərazidə bənd qurma işləri davam etdirilir və nəzərdə tutulmuş 16 kilometrlik bəndin üçdə biri artıq hazırdır.
XS
SM
MD
LG